AZ

DÇ: Daha 3 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycan yığmasının daha üç üzvü tatami üzərinə çıxacaq.

Operativ Media xəbər verir ki, yarışın üçüncü günündə Olimpiya mükafatçısı, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, Rəşid Məmmədəliyev və Fidan Əlizadə ölkəmizi təmsil edəcəklər.

Kişilər arasında -73 kq çəki dərəcəsində Hidayət Heydərov 1/16 final mərhələsində Gürcüstan təmsilçisi Otari Kvantidze ilə qarşılaşacaq. Eyni çəkidə çıxış edən Rəşid Məmmədəliyev isə Kazbek Naquçev – Covanni Esposito duelinin qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında isə -57 kq çəki dərəcəsində çıxış edən Fidan Əlizadə serbiyalı Maritsa Perişiç ilə qüvvəsini sınayacaq.

Təsnifat döyüşlərinə Bakı vaxtı ilə saat 13:30-da start veriləcək. Final blokunun görüşləri isə saat 20:00-da başlayacaq.

Seçilən
18
36
operativmedia.az

10Mənbələr