RU

Tramp deyir ki, Putinlə sonuncu söhbəti Ukrayna ilə bağlı olub

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlər olduğunu bəyan edib və iyunun 4-də onların telefon danışığının Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz daha çox müharibə və onu necə bitirmək barədə danışırdıq. Onunla (Putin – TASS) əla münasibətim var idi. Və [2020-ci il ABŞ prezidentliyi] seçkiləri saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt baş verməzdi”, – o, New York Post -un Pod Force One podkastında deyib.

Избранный
59
2
nocomment.az

3Источники