ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlər olduğunu bəyan edib və iyunun 4-də onların telefon danışığının Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
"Biz daha çox müharibə və onu necə bitirmək barədə danışırdıq. Mənim onunla əla münasibətim var idi. Əgər 2020-ci il ABŞ prezidentliyi seçkiləri saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt baş verməzdi", - Tramp qeyd edib.