RU

“PAŞA Bank”ın kredit portfeli artıb

“PAŞA Bank” ASC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Finss.az bankın illik hesabatına əsasən xəbər verir ki, bank ötən ili 214,5 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki 2023-cü ildə bu göstərici 271,6 milyon manat təşkil etmişdi. Bu da o deməkdir ki, “PAŞA Bank”ın xalis mənfəəti bir il ərzində 21% və ya 57 milyon manat azalıb.

Bankın cəmi aktivlərində də azalma müşahidə olunub. 2024-cü ilin sonuna bankın aktivləri 8 milyard 247 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin sonu ilə müqayisədə 4,3% və ya 374,6 milyon manat azdır.

Buna baxmayaraq, kredit portfelində əhəmiyyətli artım qeydə alınıb. Bankın müştərilərə verdiyi kreditlərin həcmi 2024-cü ilin sonuna 3,361 milyard manata çatıb. Bu da illik müqayisədə 18,2% və ya 518,4 milyon manatlıq artım deməkdir.

Beləliklə, “PAŞA Bank” bir tərəfdən xalis mənfəətdə azalma yaşasa da, digər tərəfdən kredit portfelini genişləndirərək iqtisadi aktivliyini davam etdirib.

Fuad Mədətov
Finss.az

Избранный
147
10
fins.az

10Источники