ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
2025-ci il iyul ayının 1-nə Azərbaycanda pul bazası 21 milyard 471.3 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, pul bazası ötən aya nisbətən 4.1% və ya 841.6 milyon manat artıb.
Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2.7%, son 1 ildə isə 5.2% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.