RU

Güləşçilərimizdən Avropa çempionatının ilk günündə 3 MEDAL

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.
 

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.


Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
55
11
bizim.media

10Источники