Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.
Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.
Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz "tuş"la qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.
10Mənbələr
-
baki-xeber.comGüləşçilərimizdən 1 qızıl, 2 bürünc medal ( 18097228)
-
football-plus.azYığmamızın güləşçisi Avropa çempionu oldu ( 18094531)
-
teleqraf.comAzərbaycan güləşçilərindən 1 qızıl, 2 bürünc medal ( 18094093)
-
metbuat.azAzərbaycan yığmasının güləşçisi Avropa çempionu oldu ( 18093403)
-
day.azYığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazanıb ( 18092977)
-
sherg.azYığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazanıb ( 18092296)
-
demokrat.azAvropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar ( 18091912)
-
news.milli.azYığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazandı ( 18091426)
-
redaktor.azGüləşçilərimiz Avropa çempionatına 1 qızıl və 2 bürünc medalla startverdilər ( 18091420)
-
milli.azYığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazandı ( 18091381)