Hacıqabulda minik maşını aşıb.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində baş verib.

Şahbuz rayon sakini, 1997-ci il təvəllüdlü Rahib İsmayılovun idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info