"Tottenhem" klubu baş məşqçisi Ange Postekoqlu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, yunanıstanlı mütəxəssislə müqaviləyə xitam verilib və klubdan göndərilib. Bu qərarı klubun baş direktoru Daniel Livay verib.
Qeyd edək ki, Postekoqlu London təmsilçisi içə 2024-25 mövsümü üzrə Avropa Liqası kubokunu qazanıb. Bu, "mahmızlar"ın son 17 ildə ilk titulu idi. A.Postekoqlu "Tottenhem" ilə Avropa kuboku qazanan sayca 3-cü baş məşqçi adına da yiyələnib.