“Mançester Yunayted”in hücumçusu Rasmus Höylund bu yay İtaliya A Seriyasında çıxış edə bilər.
90deqiqe.Az xəbər verir ki, “İnter” hücumçu ilə ciddi maraqlanır. Milan təmsilçisi yay transfer dönəmində hücum xəttini danimarkalı ilə gücləndirməyi planlaşdırır.
“Yuventus” və “Napoli” də Höylundla maraqlansa da, son qərarı “Mançester Yunayted” verməlidir. Klub isə 22 yaşlı futbolçunu buraxmaya bilər.
31 oyun və vurulan dörd qol Höylundun bu İngiltərə çempionatı kampaniyası üçün rəqəmləridir.