AZ

ŞOK: İtaliyanın 114 yaşlı klubu iflasa uğradı

İtaliyanın B seriyasında yer alan "Breşia" klubu iflasa uğrayıb.

Bununla bağlı klub rəhbərliyi rəsmi bəyanat yayıb.

1911-ci ildə yaradılan "Breşia"nın fəaliyyətini dayandırmasına 3 milyon dollarlıq borc səbəb olub.

Kreditorlar qarşısında borcunu bağlaya bilməyən klub rəsmiləri vəziyyətdən çıxış yolunu iflas qərarı verməkdə görüblər.

"Breşia"nın tarixin yaddaşına köçməsi üçün məhkəmənin formal qərarı lazımdır.

Qeyd edək ki, uzun müddət A seriyasında yarışan bu komandanın heyətində müxtəlif dövrlərdə Roberto Baco, Xosep Qvardiola, Haci, Andrea Pirlo, Luka Toni kimi ulduzlar forma geyiniblər.

"Breşia" sonuncu dəfə 5 il əvvəl A seriyasında mübarizə aparıb. \\Offsideplus.az

Seçilən
145
8
hurriyyet.az

10Mənbələr