"Tottenhem"in yeni baş məşqçisi Tomas Frank olacaq.
Offsideplus.az xəbər verir ki, London klubu danimarkalı mütəxəssis üçün "Brentford" 10 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
T. Frank 2018-ci ildən bəri "Brentford"u çalışdırırdı. O, aşağı liqadan etibarən çalışdırdığı komandanı Premyer Liqaya qədər yüksəltməyi bacarıb.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis bu postda Angelos Postekoqlunu əvəz edəcək. "Tottenhem" başa çatan mövsümdə Postekoqlu ilə Avropa Liqasını qazanmışdı. Onlar növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.