Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 674,2 ton miskonsentratı istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, mis konsentratı istehsalı ötən ilin eyni dövrüilə müqayisədə 601,9 ton və ya 9,3 dəfə artıb.
Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 72,3 tonmis konsentratı istehsal edilib.
Qeyd edək ki, cari ilin may ayının birinə ölkədə hazır miskonsentratı ehtiyatının miqdarı 154,8 ton olub.
Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 378,8 ton miskonsentratı istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1 743 tonvə ya 5,6 dəfə azdır. 2023-cü ildə istehsal olunan miskonsentratının miqdarı 2 122 ton olub.