RU

“Əgər pyes səhnədə göstərilməyəcəksə, onun o qədər də qiyməti olmur” - ŞƏRH

Bu gün teatrlarımız yeni dirçəliş dövrünü yaşayır. Teatrlara mütləq yeni dramaturqlar cəlb olunmalı, yeni tamaşalar səhnəyə qoyulmalıdır. Teatr üçün birinci kərpic dramaturgiyadır. Dramaturgiya təməldirsə, birinci dramaturq olmalıdır. Belə fikir də tez-tez səslənir ki, dramaturgiya daha çox teatr yaradıcılığıdır, nəinki ədəbiyyat.

Ssenarist, dramaturq Əli Əmirli mövzu ilə bağlı MediaPost-a öz fikirlərini bölüşüb.

altO qeyd edib ki, tamaşa iyirmi teatrda səhnəyə qoyulursa, deməli həmin əsərin iyirmi səhnə müəllifi var:

“Mənə görə, əvvəl poeziya, sonra nəsr, sonra dramaturgiya gəlir. Dram əsəri şübhəsiz ki, səhnə üçün yazılır. Əgər səhnədə pyes göstərilməyəcəksə, onun o qədər də qiyməti olmur. Pyesin ləzzəti onun səhnələşməsindədir. Dramaturq tamaşa yaratmır ki, o, pyes yazır. Həmin sözləri tamaşaya çevirən rejissordur, aktyordur. Əgər pyesin müəllifi mənəmsə, tamaşanın müəllifi rejissordur. Tamaşa iyirmi teatrda səhnəyə qoyulursa, deməli həmin əsərin iyirmi səhnə müəllifi var və yaxud da “Anna Karenina” romanı otuz dəfədən çox ekranlaşdırılıb, amma hər dəfə roman əsasında yeni ssenari yazılıb. Pyesin şərtləri belə deyil. Şekspir 450 il əvvəl yazdığı pyes, ədəbi material bu gün onun yazdığı kimi səhnəyə qoyulur. Rejissor yozumu artıq başqa məsələdir. Pyes olduğu kimi qalır. Bu mənada pyes ədəbiyyatla teatr arasında bir janrdır, növdür”.

 

Fidan Ramazan

Избранный
515
8
mediapost.az

10Источники