RU

Sabirabadda 17 yaşlı gənc qətl törətməkdə şübhəli bilinərək saxlanılıb

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.

Избранный
249
19
operativmedia.az

10Источники