AZ

Qadını qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb

Sabirabad rayonunda qadın qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

Seçilən
257
29
operativmm.az

10Mənbələr