EN

Qaxda avtomobil traktorla toqquşub, ölən var

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

İnterpress.az-ın məlumatına görə, qəza nəticəsində “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü, Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
133
27
interpress.az

10Sources