AZ

Qaxda avtomobil traktorla toqquşub - ölən var

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

525.az “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü, Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.






















Bizi İnstagramda izləyin

Seçilən
158
27
525.az

10Mənbələr