AZ

"Niva" traktora çırpıldı - Ölən var

"Niva" traktora çırpıldı - Ölən var

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi "Niva" markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

Bu barədə Sonxeber.az-a DİN-nin mətbuat xidmətindən bildirilib.

Nəticədə "Niva" markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
130
27
sonxeber.az

10Mənbələr