EN

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbi üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal neft tələbi üzrə proqnozunu dəyişməyib.

“İki sahil”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 1,2 mln. barel artaraq, 102,98 mln. barel təşkil edəcək.

Ötən il gündəlik qlobal neft tələbatı 101,72 mln. barel təşkil edib, bu illik müqayisədə 2,3 mln. barel artım deməkdir.

Qeyd edək ki, Agentlik 2025-ci il üçün müvafiq göstərici üzrə proqnozunu hələ açıqlamayıb.

Chosen
207
50
ikisahil.az

10Sources