EN

Bakı neftinin qiyməti yenə düşdü- SON RƏQƏMLƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində kəskin azalma qeydə alınıb.

Musavat.com xəbər verir ki, neftin 1 barelinin qiyməti 4,18 ABŞ dolları və ya 3,92 % azalaraq 102,3 ABŞ dolları təşkil edib. Neft bazarındakı mənbələrin verdiyi məlumata görə, hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti də geriləyərək 99,59 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 4,15 ABŞ dolları (3,98 %) azalaraq 100,07 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir və bu müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.

Musavat.com

Chosen
48
25
musavat.com

10Sources