AZ

Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,18 ABŞ dolları və ya 3,9% azalaraq 102,3 ABŞ dolları olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 106,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
30
49
konkret.az

10Mənbələr