EN

Paşinyan Putinə münasibəti haqda: “Dostluq dostluqdur, iş də iş”

Dostluq dostluqdur, iş də işdir. Dostluq münasibətlərinin iş məsələləri ilə nə əlaqəsi var? Əgər münasibət dostluqdursa, bu o deməkdirmi ki, biz fitosanitar standartlarla müəyyən edilmiş normalardan kənara çıxmalıyıq?

Publika.az xəbər verir ki, bunu hakim “Mülkü Mqavilə” Partiyasının parlament namizədlərinin proporsional siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşdə bildirib. O, “NEWS.am”ın Putinlə dost olduğu təqdirdə ixrac problemlərinin yaranması və Ermənistanın AİB-dəki statusunun müzakirə olunması ilə bağlı sualını cavablandırarkən bu barədə bildirib.

Onun sözlərinə görə, yalnız İrəvan Ermənistanın AİB-dəki statusunu müzakirə edə bilər, yəni yalnız Ermənistan çıxıb-çıxmamaq barədə qərar verə bilər. "Başqa prosedur yoxdur. Lakin biz digər sualları cavablandırmağa hazırıq", - deyə o qeyd edib.

Paşinyan qazın qiymətlərinin artırıla bilməyəcəyini əmin edib, çünki qarşılıqlı faydalı razılaşma mövcuddur. "Biz əvvəllər qaz tarifləri ilə bağlı aydın strateji razılaşmalar əldə etmişik və onlara hörmət edilməlidir".

“Fitosanitar standartlara cavab verməyən istənilən mallara məhdudiyyətlər həmişə olduğu kimi, gül ixracına da həmişə məhdudiyyətlər olub və olacaq.

Chosen
4
22
publika.az

10Sources