AZ

Rusiya ilə qaz razılaşması dəyişdirilə bilməz Paşinyan

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Rusiya arasında qaz qiymətləri ilə bağlı əldə olunmuş strateji razılaşmanın dəyişdirilə bilməyəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə danışıb.

Baş nazir qeyd edib ki, qazın qiymətinin artırılması ehtimalı real görünmür, çünki tərəflər arasında qüvvədə olan müqavilə mövcuddur.

“Qazın qiymət artımı məsələsinə gəldikdə, bu, baş verə bilməz. Bizim müqaviləmiz var və bu müqavilə qarşılıqlı faydalıdır. Qazın qiymətləri ilə bağlı aydın strateji razılaşmalar əldə etmişik və onlara hörmət edilməlidir”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Vladimir Putin aprelin 1-də Paşinyanla görüşü zamanı Ermənistan üçün Rusiya qazının qiyməti ilə Avropadakı qiymətlər arasındakı ciddi fərqə diqqət çəkmişdi.

Putinin sözlərinə görə, hazırda Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dollardan çox olduğu halda, Rusiya Ermənistana qazı 177,5 dollara satır.

Xatırladaq ki, aprelin 4-də Alen Simonyan qazın qiymətinin artırılacağı təqdirdə ölkənin KTMT, AİB və digər təşkilatlardan çıxa biləcəyini açıqlamışdı.

Mayın 21-də isə Gevorq Papoyan ölkənin Rusiya qazının qiymətinin artacağı ehtimalı ilə bağlı müxtəlif mexanizmlər hazırladığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
22
redaktor.az

10Mənbələr