Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) növbəti – 2026/2027-ci illər mövsümünün start tarixi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Belə ki, PFL-in qərarına əsasən yeni mövsümə avqustun 14-də start veriləcək.
Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümü üçün “transfer pəncərələri”nin də vaxtı bəlli olub.
Belə ki, yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-na qədər (saat 23:59) davam edəcək. Qış transfer dönəmi isə 2027-ci il yanvarın 14-dən fevralın 10-na qədər (saat 23:59) olacaq.
2027-ci il martın 31-i agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə bir neçə gün sonra – mayın 24-də yekun vurulacaq.
