AZ

Futzal: Yubiley kubokunu “Neftçi” qazandı – ARENA.AZ

Bu gün keçirilmiş 2025/2026-cı illər mövsümünün final oyunu ilə sayca 30-cu futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici matçda cəmi 3 gün əvvəl çempionluğunu taleyini müəyyənləşdirmiş komandalar – “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıblar.

Buna qədər “Neftçi” 7, “Araz-Naxçıvan” isə 6 dəfə kuboku qazanmışdı.

Oyundan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.

Oyuna gəlincə, 8 qolluq görüşün yekununda sevinən tərəf “Neftçi” olub. Beləliklə, 30-cu Azərbaycan kubokunu qazanmış paytaxt təmsilçisi bu göstəricidə vahid liderliyini qoruyub. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırıblar.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Vinisiusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan Kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.

Azərbaycan Kuboku
Final
21 may

Neftçi İK – Araz-Naxçıvan 5:3
Qollar: Markus Vinisius, 12:04; 12:30; 17:29; 34:55-pen. Qustavo Rodriqes, 37:29 – Ülvi Əliyev, 3:59. Jan Peruzzo, 8:49. Jan Karlos, 24:20.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
5
arena.az

10Mənbələr