"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır".
Far.Az apa-ya istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.
O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır: "Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır".