EN

Tuncay Yusifli “İmişli” ilə yeni müqavilə imzaladı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubu sol cinah müdafiəçisi Tuncay Yusifli ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi ilə “2+1” illik sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Tuncay Yusifli ötən ilin yayından “İmişli”nin uğurları üçün çalışır. Gənc futbolçu Premyer Liqa təmsilçisinin heyətində 7 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Tuncay “Sabah”ın yetirməsidir. O, “İmişli”yə keçənə qədər paytaxt klubunun 19 yaşadək futbolçulardan ibarət komandasında və əvəzedicilərdən ibarət kollektivində forma geyinib, UEFA Gənclər Liqasında çıxış edib.

Azərbaycan Premyer Liqasında ilk mövsümünü keçirən “İmişli” topladığı 33 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
18
5
arena.az

10Sources