AZ

Cavid İmamverdiyev – İkinci Liqada mövsümün bombardiri – ARENA.AZ

Futbol üzrə Azərbaycan İkinci Liqasının PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyev olub.

Arena.az xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunmuş və 3-cü mövsümü başa çatmış turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.

Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.

“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.

PFL bayrağı altında keçirilən İkinci Liqanın 10 ən yaxşı bombardiri

  1. Cavid İmamverdiyev – 65
  2. Elvin Nəsibov – 63
  3. Tural Qurbatov – 62
  4. Vidadi Cəfərov – 55
  5. Elxan Məmmədov – 43
  6. Elariz Xəlilli – 42
  7. Valeh Seyidov – 41
  8. Tofiq Nəsibov – 33
  9. Famil Camalov – 30
  10. Bəhruz Teymurov – 27
Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
11
arena.az

10Mənbələr