Artıq başa çatmış futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün bütün mükafatçıları müəyyənləşib.
Arena.az xəbər verir ki, “Xankəndi” qızıl, “Qaradağ Lökbatan” gümüş, “Quba” bürünc medal qazanıb.
Hər üç komanda tarixində ilk dəfə mükafatçılar sırasına düşüb. Uzun fasilədən sonra 2023-cü ildə bərpa olunmuş İkinci Liqa ardıcıl 3-cü dəfə Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında təşkil olunub.
Baş tutmuş üç mövsüm ərzində yalnız bir komanda – “Şahdağ Qusar” iki dəfə “üçlük”də yer alıb. Əvvəlki iki mövsümdə mükafat qazanmş 5 komandanın hamısı cari çempionatda Birinci Liqada mübarizə aparır.
| Mövsüm | 1-ci yer | 2-ci yer | 3-cü yer |
| 2023/24 | Baku Sportinq | Cəbrayıl | Şahdağ Qusar |
| 2024/25 | Şahdağ Qusar | Şəfa | Şimal |
| 2025/26 | Xankəndi | Qaradağ Lökbatan | Quba |
⇧
