EN

Ağ Evin bal zalının altında bunker tikilir?


ABŞ Prezidenti Donald Tramp Ağ Evin bal zalının altında altı mərtəbəli yeraltı bunkerin tikildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Bal zalının dam hissəsi hərbi məqsədlər üçün nəzərdə tutulub. Dan hissəsində pilotsuz uçuş aparatları üçün böyük ərazi var. O, təkcə dronların zərbələrinə yox, özlərinə qarşı da davamlıdır. Bu, həm də bütün Vaşinqtonu müdafiə edəcək dron limanı kimi nəzərdə tutulub”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, yuxarıda yerləşən bal zalı binası aşağıda yerləşən bunker zalı üçün müdafiə funksiyasını yerinə yetirəcək. Bal zalının damında həmçinin, bütün Vaşinqtonu əhatə edə biləcək snayper mövqeləri yerləşdiriləcək.
Tramp əlavə edib ki, binanın şüşəsi gülləkeçirməz olacaq və qalınlığı təxminən 10 santimetr təşkil edəcək. Bunkerdə həmçinin bomba sığınacaqları, hərbi hospitallar və hərbçilər üçün xüsusi bölmələr yerləşəcək.
Onun sözlərinə görə, tikinti xüsusi ianələr hesabına maliyyələşdirilir və işlər qrafik üzrə davam edir.
Chosen
18
1
yeniavaz.com

2Sources