AZ

Ağ Evin bal zalının altında bunker tikilir?

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin bal zalının altında altı mərtəbəli yeraltı bunkerin tikildiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Bal zalının dam hissəsi hərbi məqsədlər üçün nəzərdə tutulub. Dam hissəsində pilotsuz uçuş aparatları üçün böyük ərazi var. O, təkcə dronların zərbələrinə yox, özlərinə qarşı da davamlıdır. Bu, həm də bütün Vaşinqtonu müdafiə edəcək dron limanı kimi nəzərdə tutulub”, - Tramp qeyd edib.

Onun sözlərinə görə, yuxarıda yerləşən bal zalı aşağıda yerləşən bunker üçün müdafiə funksiyasını yerinə yetirəcək. Bal zalının damında həmçinin, bütün Vaşinqtonu əhatə edə biləcək snayper mövqeləri yerləşdiriləcək.

Tramp əlavə edib ki, binanın şüşəsi gülləkeçirməz olacaq və qalınlığı təxminən 10 santimetr təşkil edəcək. Bunkerdə həmçinin bomba sığınacaqları, hərbi hospitallar və hərbçilər üçün xüsusi bölmələr yerləşəcək.

Onun sözlərinə görə, tikinti xüsusi ianələr hesabına maliyyələşdirilir və işlər qrafik üzrə davam edir.

ABŞ Prezidenti həmçinin, layihəni onun ABŞ-yə hədiyyəsi adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
yeniavaz.com

2Mənbələr