EN

“Bornmut” 127 illik tarixində ilk dəfə avrokuboklarda! – ARENA.AZ

“Bornmut” İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti” ilə heç-heçə edərək (1:1) Avropa Liqasına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, klub 127 illik tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək.

Hazırda ispan məşqçi Andoni İraolanın çalışdırdığı “albalılar” Premyer Liqanın yarış cədvəlində 6-cı sırada qərarlaşıblar. Bu da onlara Avropa Liqasına vəsiqə qazandırır. Amma komandanın son tur ərəfəsində hələ UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün də riyazi şansı qalmaqdadır.

2025/2026-cı illər mövsümünün son matçında “Bornmut” səfərdə “Nottingem Forest”lə qarşılaşacaq. Andoni İraolanın komandası hazırda Premyer Liqada 17 oyundur udzumur (8 qələbə və 9 heç-heçə).

Sözügedən komanda Premyer Liqanın cari mövsümündə bütövlükdə 37 oyun keçirib, 13 qələbə qazanıb, 17 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Komandanın 56 xalı var və ən yaxın izləyicisi “Brayton”u 3 xal qabaqlayır. 5-ci pillədəki “Liverpul” isə 59 xal toplayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
23
11
arena.az

10Sources