EN

İcraçı direktor: Qeyri formal yaşayış məntəqələrində yaşayan icmalar iqlim dəyişikliklərinin təsirlərini daha ağır hiss edirlər

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Daşqınlar, normadan artıq istilik, torpaq sürüşmələri və digər təbii hadisələr xüsusilə infrastrukturdan və əsas xidmətlərdən kənarda yaşayan insanlar üçün ciddi təhlükə yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, qeyri-formal yaşayış məntəqələrində yaşayan icmalar su, elektrik və digər əsas xidmətlərə çıxış imkanlarının məhdud olması səbəbindən iqlim dəyişikliklərinin təsirlərini daha ağır şəkildə hiss edirlər.

“Bəzi hallarda insanlar hər gün evlərini və ailələrini itirmək qorxusu ilə yaşayırlar. Təhsil, səhiyyə və sosial təminat kimi fundamental xidmətlərə çıxışın zəifləməsi isə vəziyyəti daha da çətinləşdirir. Qeyri-formal yaşayış məntəqələri ilə bağlı problemlər artıq qlobal gündəliyin əsas məsələlərindən birinə çevrilib və bu istiqamətdə növbəti onillik üçün daha sistemli fəaliyyət planına ehtiyac var”, - UN-Habitat-ın icraçı direktoru sözlərinə əlavə edib.

Sessiyada şəhərsalma siyasətində torpaq planlaşdırılması və daha kompakt şəhər inkişafı modelinin əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, plansız urbanizasiya həm iqlim risklərini artırır, həm də infrastruktur xərclərinin yüksəlməsinə səbəb olur.

Anaklaudia Rossbax qeyd edib ki, şəhərlərin daha balanslı inkişaf modeli həm insanların təhlükəsizliyinin təmin edilməsinə, həm də dayanıqlı iqtisadi inkişafın təşviqinə töhfə verə bilər.

Müxbir-Vüqar Qurbanoğlu

Fotoqraf-Tofiq Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
36
azertag.az

10Sources