Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 19 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il mayın 1-i tarixinədək muxtar respublikada qeydiyyatda olan onlayn NKA-ların sayı 3308 ədəd təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb.
Bu ilin yanvar–aprel aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 182,2 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 milyon manat və ya 27,1 faiz çoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.