AZ

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 9,5 milyard manata yaxınlaşıb

Bu ilin yanvar-aprel aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub.

Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.

İndiyədək ölkə ərazisində 112.985 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Seçilən
0
14
fed.az

10Mənbələr