AZ

Yeni nəsil NKA lar vasitəsilə qeydə alınan dövriyyə 14,5 faiz artıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 may, AZƏRTAC

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 112 min 985 ədəd belə NKA quraşdırılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
14
azertag.az

10Mənbələr