Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Seysmik aktivliyin episentri Liuçjou şəhərinin Liunan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində ən azı 13 yaşayış binasına ciddi ziyan dəyib, dörd nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Zəlzələ son beş ildə ərazidə baş verən ən güclü zəlzələ olub. Luçjounun əhalisi 4 milyondan çoxdur. "Nanfang ribao" qəzeti bildirib ki, təbiət hadisəsindən sonra 7000-dən çox insan təxliyə edilib, üç nəfər itkin düşüb.
"Cebheinfo.az"