AZ

Çində güclü zəlzələ olub

Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Seysmik aktivliyin episentri Liuçjou şəhərinin Liunan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşmüş sayılır.

Zəlzələ son beş ildə ərazidə baş verən ən güclü zəlzələ olub.

Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində ən azı 13 yaşayış binasına ciddi ziyan dəyib.

Seçilən
6
3
qaziler.az

10Mənbələr