EN

Aİ dən ABŞ yə çağırış: “Tariflər əvvəlki səviyyəyə qaytarılsın“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyası ABŞ-ni Avropa İttifaqı ilə ticarət sazişi çərçivəsində razılaşdırılmış tarif dərəcələrini bərpa etməyə çağırıb.

Moderator.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü açıqlama verib.

Bildirilib ki, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç bu məsələni Fransada ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşdə qaldırıb.

Avropa Komissiyasında qeyd ediblər ki, Brüssel və Vaşinqton arasında bağlanmış sazişin əsas şərtlərinin iyul ayına - razılaşmanın ildönümünə qədər qüvvədə olması məqsədəuyğun olardı. Eyni zamanda, Aİ ABŞ-ni mümkün cavab tədbirləri barədə xəbərdar etsə də, gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Aİ-dən idxal olunan avtomobillərə tarifləri 25%-ə qaldırdığını açıqlamışdı. Halbuki tərəflər arasında əvvəl razılaşdırılmış tarif səviyyəsi 15% idi.

Qeyd edək ki, bu razılaşma 2025-ci il iyulun 27-də Şotlandiyanın Ternberi şəhərində imzalanmış çərçivə ticarət sazişinə əsaslanır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də ABŞ-ni bu sazişə əməl etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
21
moderator.az

10Sources