EN

İslam Bazarqanov Avropa çempionu oldu! – ARENA.AZ

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada Avropa çempionu olub.

Arena.az xəbər verir ki, Avropa çempionatının altıncı günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.

Rəşid Babazadə təsəlliverici görüşdə belçikalı Ayub Musayevi 4:2 hesabıyla üstələsə də, bürünc medal görüşündə ermənistanlı Avropa çempionu Vazgen Tevanyana 0:7 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
27
5
arena.az

10Sources