AZ

Sxadadze: “Olduğumuz yerə layiq deyilik” – ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 29-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İkinci hissədəki oyunumuza baxanda deyə bilərəm ki, bu gün 2 xal itirdik. Birinci hissə bir qədər əsəbi keçdi. Bizim oyunlarda həmişə belə olur. Turnir cədvəlindəki yerimizə baxanda bizim üçün normaldır. Futbolçularda gərginlik var. İkinci hissədə biz yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu da stress və ustalıqla bağlıdır. Futbolçularıma təşəkkür edirəm. Xarakter göstərdilər. Bundan sonra bizim üçün bütün oyunlar final kimi olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlardan xahiş edirəm ki, sona qədər komandanın yanında olsunlar.

Hər oyunda mübarizə aparmaq lazımdır. Hər matç çətin keçəcək. Sona qədər mübarizə aparmalıyıq. Bu gün çoxları “Araz-Naxçıvan”ın rahat qələbə qazanacağını düşünürdü. Amma biz göstərdik ki, turnir cədvəlində olduğumuz yerə layiq deyilik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
5
arena.az

10Mənbələr