EN

Premyer Liqa: “Qəbələ” “Araz”la matçda qələbəni əldən verdi – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Oyunun baş hakimi FİFA referisi Kamal Umudlu olub. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, turun ilk oyununda “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzmuşdu. 29-cu turun qalan görüşləri aprelin 26-da (“Şamaxı” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”) və 27-də (“Turan Tovuz” – “Zirə”, “Sabah” – “Karvan”) keçiriləcək.

Premyer Liqa
29-cu tur
25 aprel

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Qollar: Ömər Buludov, 76-öz qapısına – İssuf Paro, 83.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
26
7
arena.az

10Sources