EN

İranla əldə olunacaq yeni razılaşma əvvəlki nüvə sazişindən xeyli üstün olacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə olunacaq yeni razılaşma əvvəlki nüvə sazişindən xeyli üstün olacaq.

Aznews.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, Barak Obama və Co Bayden dövründə imzalanmış və “İran nüvə sazişi” kimi tanınan razılaşma ABŞ-ın təhlükəsizliyi baxımından ən uğursuz razılaşmalardan biri olub.

Tramp qeyd edib ki, həmin saziş faktiki olaraq İran üçün nüvə silahına aparan yolu açırdı, lakin hazırda üzərində işlədikləri razılaşma buna imkan verməyəcək.

O əlavə edib ki, əgər həmin razılaşmanı dayandırmasaydı, nüvə silahları İsrailə və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına qarşı istifadə oluna bilərdi.

Chosen
28
12
aznews.az

10Sources