EN

“Erzurumspor” 5 ildən sonra Superliqaya yüksəldi

Türkiyə 1-ci Liqasında 36-cı turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, “Erzurumspor” “Bodrum”un qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Çempionluğu rəsmiləşdirmək üçün cəmi 1 xala ehtiyacı olan qonaqlar hələ 4-cü dəqiqədə Mustafa Fettahoğlunun qolu ilə önə keçiblər. Meydan sahibləri 55-ci dəqiqədə Əli Həbeşoğlunun qolu ilə tarazlığı bərpa etsələr də, bu nəticə Ərzurum təmsilçisinin hədəfinə çatması üçün kifayət edib.

Bu nəticədən sonra xallarının sayını 79-a çatdıran “Erzurumspor” mövsümün bitməsinə 2 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 7-yə yüksəldərək çempionluğunu rəsmiləşdirib.

Beləliklə, 5 illik fasilədən sonra yenidən Türkiyə Superliqasında çıxış etmək hüququ qazanıblar.

Chosen
7
2
msport.az

7Sources