AZ

Superliqaya ilk onlar vəsiqə qazandılar

style='margin-bottom:10px;'>

Türkiyə 1-ci Liqasında 36-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, "Erzurumspor" səfərdə "Bodrum"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Çempionluğu rəsmiləşdirmək üçün cəmi 1 xala ehtiyacı olan qonaqlar hələ 4-cü dəqiqədə Mustafa Fettahoğlunun qolu ilə önə keçiblər. Meydan sahibləri 55-ci dəqiqədə Əli Həbeşoğlunun qolu ilə tarazlığı bərpa etsələr də, bu nəticə Ərzurum təmsilçisinin hədəfinə çatması üçün kifayət edib.

19 aprel

"Bodrum" - "Erzurumspor" - 1:1

Qollar: Ə.Həbeşoğlu, 55 // M.Fettahoğlu, 4

Bu nəticədən sonra xallarının sayını 79-a çatdıran "Erzurumspor" mövsümün bitməsinə 2 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 7-yə yüksəldərək çempionluğunu rəsmiləşdirib. Beləliklə, 5 illik fasilədən sonra yenidən Türkiyə Superliqasında çıxış etmək hüququ qazanıblar. 

Seçilən
15
3
teleqraf.com

6Mənbələr