EN

Bakının bu ərazisində çuxurlar maşınları sıradan çıxarır

Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan hissədə yaranan çuxurlar sürücüləri ciddi narahat edir.

Publika.az ATV-yə istinadən bildirir ki, vətəndaşların sözlərinə görə, problem qısa zamanda həll olunmasa, zərərçəkənlərin sayı daha da arta bilər.

Binəqədi-Balaxanı yolunda hər gün yüzlərlə sürücü yolun bərbad vəziyyətindən əziyyət çəkir. Yolda yaranan çuxurlar avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur. Sürücülər deyirlər ki, bununla yanaşı, xüsusilə, axşam saatlarında yolun yararsız vəziyyətdə olması uzun tıxaclara gətirib çıxarır.

Onların sözlərinə görə, bir çox avtomobilin alt hissəsi zədələnib, təkərləri və digər detalları sıradan çıxıb. Bəzi sürücülər isə avtomobillərinin təmiri üçün əlavə xərc çəkməli olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yollarda yaranan bu cür problemlər mərhələli şəkildə aradan qaldırılır.

Chosen
5
8
publika.az

10Sources