AZ

Binəqədidə yağışdan sonra yaranan çuxurlar sürücülərin kabusuna çevrilib - VİDEO

Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan ərazidə yağışdan sorna yaranan çuxurlar sürücüləri ciddi narahat edir.

"Unikal" ATV-yə istinadən bildirir ki, problemlə bağlı müraciət edənlərin sözlərinə görə, problem tezliklə həll olunmasa, zərərçəkənlərin sayı daha da arta bilər.

Binəqədi-Balaxanı yolunda hər gün yüzlərlə sürücü yolun bərbad vəziyyətindən əziyyət çəkir. Yağışlı havalardan sonra yaranan çuxurlar avtomobillərin tez-tez sıradan çıxmasına səbəb olur. Sürücülər bildirir ki, bununla yanaşı, xüsusilə, axşam saatlarında yolun yararsız olması uzun tıxaclara gətirib çıxarır.

Onların sözlərinə görə, bir çox avtomobilin alt hissəsi zədələnib, təkərləri və digər detalları sıradan çıxıb. Bəzi sürücülər isə avtomobillərinin təmiri üçün əlavə xərc çəkməli olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yollarda yaranan bu cür problemlər mərhələli şəkildə aradan qaldırılır.

Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir. Əlavə olunub ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən gecə saatlarında, həmçinin həftəsonu və bayram günlərində icra olunur.

Qurum rəsmisi Anar Nəcəfli bildirib ki, yaxın günlərdə həmin əraziyə yeni asfalt örtüyü çəkiləcək.

Seçilən
0
6
unikal.az

9Mənbələr