EN

Ailə faciəsi - Evə gələrək boşandığı arvadını ö*ldürür, həyətdəki maşını yandıraraq özünü asırVİDEO

Əvvəl keçmiş həyat yoldaşını qətlə yetirdi, daha sonra evə od vurub özünü öldürdü...

Xezerxeber.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu Baksol yolu adlanan ərazidə dəhşətli ailə faciəsi baş verib. 58 yaşlı kişi keçmiş həyat yoldaşının yaşadığı evə gələrək xüsusi amansızlıqla onu qətlə yetirib. Daha sonra həmin evlə yanaşı həyətdə olan avtomobili də yandırıb. Nəticədə evə od düşüb və dəhşəti partlayış baş verib. Ardınca Rafət Həsənov həyətdə özünü asaraq öldürüb.

Qonşuların sözlərinə görə, Ceyran Həsənova uzun müddətdir övladları ilə birlikdə yaşayırmış. Keçmiş həyat yoldaşı Rafət Həsənovun psixi problemləri olduğundan aralarında şəxsi zəmində mübahisə yaşanıb. O, yenidən ailəsi ilə birlikdə yaşamaq istəsə də nə övladları nə də qadın buna razılıq verməyib. Elə bundan sonra da Rafət Həsənov bugün günorta radələrində övladlarının evdə olmamasından istifadə edərək qadının yaşadığı evə gəlib və hadisəni törədib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
42
24
xezerxeber.az

10Sources