AZ

"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı

Aktyor Dilan Sprous, "Victoria's Secret"in mələyi Barbara Palvin ilə birgə yaşadığı evdə oğrunu özü yaxalayıb.

Publika.az "EOnline"a istinadla xəbər verir ki, Barbara Palvin saat 12:30 radələrində 911 xidmətinə zəng edərək evlərinə soyğun məqsədilə basqın edildiyini bildirib.

Supermodel və aktyor polisin hadisə yerinə gəlməsini gözləyərkən, Dilan Sprousun vəziyyəti nəzarətə götürdüyü və polis gələnə qədər şübhəli şəxsi silah gücü ilə saxlayaraq yerə yıxdığı qeyd olunub.

Daha sonra hadisə yerinə gələn asayiş keşikçiləri oğrunu bölməyə aparıblar; cinayətkarın şəxsiyyəti açıqlanmır və cütlük hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Seçilən
5
24
publika.az

10Mənbələr